Ağ göbələklər yüksək qida dəyərinə görə sağlam rasionda mühüm yer tuta bilər. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Larisa Nikitina məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yüz qram ağ göbələyin tərkibində orta hesabla üç tam onda yeddi qram zülal var. Bundan əlavə, göbələklər kalium, kalsium, maqnezium, fosfor, dəmir, xrom və kobalt kimi minerallarla zəngindir.

Nikitina vurğulayıb ki, ağ göbələklərdəki kalium miqdarı banandan daha çoxdur. Bu isə ürək və sinir sisteminin sağlamlığı üçün xüsusilə faydalıdır.

O bildirib ki, ağ göbələklər antioksidant mənbəyi hesab olunur və tərkibindəki beta-qlükanlar sayəsində immun sisteminin möhkəmlənməsinə kömək edir.