
Üida rasionunda moruğa yer vermək orqanizm üçün mühüm faydalar təmin edir. Foodinfo.az xəbər verir ki, bu barədə “Meditsina” klinikasının həkim-qastroenteroloqu, tibb elmləri namizədi Yevgeni Belousov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, moruq C vitamini, B qrupu vitaminləri, dəmir, maqnezium, kalium, flavonoidlər və salisil turşusu ilə zəngindir. Bu maddələr həm immun sistemini gücləndirir, həm də hüceyrələrin zədələnmədən qorunmasına kömək edir.
Belousov vurğulayıb ki, moruğu müntəzəm qəbul etmək bir sıra xəstəliklərin qarşısını almaqda təsirli ola bilər. Çünki giləmeyvə qanda şəkərin səviyyəsini tənzimləməyə yardımçı olur və maddələr mübadiləsini dəstəkləyir.
Həkim əlavə edib ki, moruq həmçinin ürək-damar sağlamlığının qorunmasında və orqanizmin iltihab proseslərinə qarşı mübarizəsində mühüm rol oynayır.
Bununla yanaşı, yüksək orqanik turşu tərkibinə görə moruq həzm sistemi xəstəlikləri olan şəxslərə tövsiyə olunmur. Belousov bildirib ki, mədə-bağırsaq problemləri yaşayan insanlar moruğu qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.