
İsti havalarda bəzi içkilər xüsusilə ürək üçün təhlükəli ola bilər. Foodinfo.az xəbər verir ki, bu barədə kardioloq Andrey Kondraxin məlumat verib.
Ekspertin sözlərinə görə, çay, qəhvə və spirtli içkilərin çox miqdarda qəbulu bədəndə susuzlaşmaya səbəb olur. Bu isə qanı daha yoğunlaşdırır və tromb yaranmasına gətirib çıxara bilər ki, nəticədə infarkt riski artır.
Kardioloq vurğulayıb ki, susuzlaşma hətta gənc insanlar üçün də təhlükəlidir, yaşlıları isə daha çox təhdid edir.
Həkim isti havalarda bədənə su balansını qorumağa kömək edən, yüngül və faydalı içkilərə üstünlük verməyi tövsiyə edib.