Bəzi qidaların müntəzəm istehlakı onkoloji xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Dmitri Semiryadov məlumat verib.

Ekspertin sözlərinə görə, heç bir qida məhsulu xərçəngi 100 faiz qarşısını ala və ya müalicə edə bilməz. Buna baxmayaraq, bəzi məhsullar potensial olaraq xəstəliklərin qarşısını almaqda faydalıdır.

Semiryadov qeyd edib ki, bunlar arasında beta-karotinlə zəngin yerkökü, paxlalılar, sarımsaq, soğan, eləcə də qarağat, moruq və böyürtkən kimi antosiyan tərkibli giləmeyvələr var. Bu məhsullar güclü antioksidant xüsusiyyətlərinə malikdir və orqanizmi sərbəst radikallardan qorumağa yardımçı olur.