
Diabet dostu olan meyvələr qan şəkərini sürətlə yüksəltməyən, lif və antioksidantlarla zəngin olan meyvələrdir. Bu meyvələr glisemik indeksi (GI) aşağı olan, yəni qan şəkərini yavaş-yavaş artıran sağlam seçimlərdir.
Foodinfo.az diabet dostu olan 4 meyvəni təqdim edir:
1. Çiyələk
Aşağı kalorili və glisemik indeksi 40 civarındadır. Antioksidantlarla zəngindir, hüceyrələri qoruyur. Təbii şirinliyi ilə desert əvəzi kimi istifadə edilə bilər.
2. Yaşıl alma
Liflə zəngindir, toxluq hissi yaradır və qan şəkərini sabit saxlayır. Qabığı ilə birlikdə yeyilməsi tövsiyə olunur. Glisemik indeksi 39-40 civarındadır.
3. Qaragilə
Güclü antioksidant təsirə malikdir. Hüceyrə səviyyəsində insulin həssaslığını artırır. Qan şəkərinə minimal təsir göstərir, GI dəyəri 53-dür.
4. Armud
Tərkibində həll olunan lif boldur (xüsusilə qabığında). Qan şəkərinin yavaş yüksəlməsinə kömək edir. Glisemik indeksi 38-40 arasıdır.
Meyvələri tək yeməkdənsə, proteinin yanında (məsələn: yoqurtla, qozla) yemək qan şəkərinin daha sabit qalmasına kömək edir. Təzə və bütöv halda yemək daha doğrudur (meyvə suyu yox).