Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonunun Quyçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Arif İnşallah oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin emal sahəsində səthlərin yuyulabilən materialla üzlənmədiyi, temperatura və nisbi rütubətə nəzarət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, pasterizasiya avadanlıqlarının mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.