Cəlilabad şəhəri, Qurtuluş prospekti 96 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Rasif Təyyar oğluna məxsus çayxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, obyekt sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərir, qida məhsulları ilə təmasda olan səthlər yuyulabilən və korroziyaya davamlı materialla üzlənməyib, havalandırma sistemi quraşdırılmayıb və digər tələblər pozulub.
Çayxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.






