Məhkəmə sanitar normaları pozduğuna görə Moskvanın Perovskaya küçəsində yerləşən çayxananın fəaliyyətini 90 gün müddətinə dayandırıb.

Foodinfo.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

İctimai iaşə müəssisəsində aparılan yoxlama zamanı sanitar-epidemioloji tələblərin kobud şəkildə pozulması halları aşkar edilib.

İdarədən bildirilib ki, çayxana istehsalata daxil olan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmir.