Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.Bahəddin küçəsi 22 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar” ASC-yə məxsus ticarət mərkəzində planlı yoxlama keçirilib. Yoxlama zamanı ticarət mərkəzində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş kolbasa məmulatları, mənşəyi məlum olmayan turşu məhsulları və kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkar olunub. Faktlarla bağlı müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, yararlılıq müddəti bitmiş və mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınaraq məhv edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
[gallery ids="51895,51896"]
Son xəbərlər
- İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq