Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrində mütəmadi olaraq Aqrar İnnovasiya Festivalları həyata keçirilir.

Festivallar mövsümün növbəti toxum sərgi-satış yarmarkalarının, kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların nümayişini, müxtəlif maarifləndirici təlimləri əhatələyir. 

Kənd təsərrüfatı istehsal vasitələrinin satışı sahəsində lider şirkətlərdən biri olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə məxsus gubre.az aqrar ticarət şəbəkəsi də öz növbəsində bu festivallarda uğurla təmsil olunur. 

Fermerlər gubre.az stendinə yaxınlaşaraq yüksək keyfiyyətli toxum, gübrə, bitki mühafizə vasitələri ilə yaxından tanış olmaq imkanı əldə edib. Eyni zamanda fermerlər bölgələrin torpaq tipinə, iqliminə uyğun məhsulların doğru şəkildə tətbiqinə, təsərrüfatlarda məhsuldarlığın artırılmasına və s. kimi mövzulara dair onları maraqlandıran bütün suallarını gubre.az şirkətinin aqronomlarına ünvanlayıb. 

Qeyd edək ki, Bərdə, Ağstafa, Qusar, Hacıqabul, Sabirabad rayonlarında baş tutan Aqrar İnnovasiya Festivalının digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.