Qaraciyərin sağlamlığını qorumaq üçün rasiona tərəvəz, ət, süd məhsulları əlavə etmək, həmçinin su balansını qorumaq lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə “İnvitro” şirkətinin aparıcı tibb eksperti Violetta Burdakova danışıb.

Həkim "fast food", qazlı içkilərsoda, konservləşdirilmiş qidalar və alkoqoldan istifadə etməməyi məsləhət görüb. Xroniki xəstəlikləri olan insanlar bu məhsullardan xüsusilə uzaq durmalıdırlar.

"Qaraciyər patologiyası varsa, həkim müalicə ilə yanaşı, uzun müddət riayət edilməli olan "stol № 5" terapevtik pəhrizini təyin edir", - deyə mütəxəssis bildirib.

Burdakova müalicəvi pəhrizin qaydalarına riayət etməyin vacib olduğunu vurğulayıb. Həkimin sözlərinə görə, gün ərzində 4-5 dəfəyədək kiçik porslarla qidalanmaq lazımdır, çünki qaraciyər patologiyası zamanı həm aclıq, həm də həddindən artıq yemək zərər verə bilər. Yeməkləri yağ əlavə etmədən, buxarda və ya sobada bişirmək daha yaxşıdır. Həmçinin, yemək zamanını keçirmək və ac qalmaq olmaz. Yeməkləri otaq temperaturunda yemək daha yaxşıdır.

Fərid