Yer kürəsinin ən quraqlıq yerləri dedikdə, çoxlarının ağlına Sahara kimi isti səhralar gəlir. Lakin quruluq üzrə əsl rekordçu məkan gözlənilməz yerdə - Antarktidadadır.

Foodinfo.az xəbər verir ki, Antarktidanın ən quraq bölgəsi Quru vadilər adlanan ərazidir. 

4800 kv. km-lik bu əraziyə təxminən 2 milyon ildir ki, yağış yağmır.

Bu bölgədə suyun olmaması ətrafdakı dağlarla bağlıdır. Onlar rütubətin daxil olmasına mane yaradır. Bundan əlavə, vadilərdən sürəti 320 km/saata çatan katabatik küləklər keçir, onlar buxarlanır və qalan rütubəti də özü ilə aparır.

Belə unikal bölgə NASA tərəfindən Marsa xas olan ekstremal şəraitə görə onun analoqu kimi istifadə olunur. Sərt şəraitə baxmayaraq, Quru vadilərdəki qayaların içərisində fotosintetik bakteriyalar aşkarlanıb, bu isə Qırmızı Planetdə də qədim həyat izlərinin mövcudluğuna ümid verir.

Leyla