Yeməkdən sonra kiçik bir gəzinti bədən və beyin sağlamlığı üçün böyük fayda verə bilər. Foodinfo.az xəbər verir ki, Longevity HQ Academy-nin təsisçisi, farmakoloq və neyronutrisionist, terapevt Natalya Molçanova RİAMO-ya müsahibəsində bildirib ki, nahardan sonra 15 dəqiqəlik gəzinti qlükoza səviyyəsindəki pikləri azaldır və enerjini qoruyur.

Mütəxəssis vurğulayıb ki, əgər nahardan sonra acıq hiss edilirsə, beyin üçün faydalı qəlyanaltılar seçilməlidir. Onun tövsiyəsinə görə, karbohidratlar ilə zülal və sağlam yağları birləşdirmək lazımdır: məsələn, bir alma və ya bir ovuc giləmeyvə + 30 q qoz. Bu kombinasiya qlükoza səviyyəsinin kəskin yüksəlməsinin qarşısını alır və enerji verir.

Molçanova həmçinin xəbərdarlıq edib ki, gündəlik rasiondan şirin içkilər, peçenye, çips, təbii şirələr və fastfood çıxarılmalıdır. Bu məhsullar qlükoza dalğalanmalarına və enerji itkisinə səbəb olur.

Ekspertin sözlərinə görə, nahardan sonra gəzinti həm də həzm sistemini stimullaşdırır, qan dövranını yaxşılaşdırır və ümumi sağlamlığı dəstəkləyir.

Moltçanova sonda tövsiyə edib ki, gündəlik bu vərdişi rutin halına gətirmək bədən və beyin fəaliyyətini uzunmüddətli qorumağa kömək edir.