“X” sosial şəbəkəsi Türkiyədə nümayəndəlik açıb.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

“X” nümayəndəlik açmasaydı, ona məhdudiyyət tətbiq edilə bilərdi”, – o bildirib.

Qeyd edək ki, “X” sosial şəbəkəsinə Türkiyədə nümayəndəlik açması ilə bağlı xəbərdarlıq edilib və nümayəndəlik açılana qədər reklam məhdudiyyəti qoyulub.