
Acqarına içilən ilıq su orqanizmin oyanmasına kömək edir. Foodinfo.az bildirir ki, bu vərdiş həzm sisteminin fəaliyyətini sürətləndirir. Qaraciyərin toksinləri daha tez atmasını təmin edir. Eyni zamanda bağırsaq hərəkətlərini aktivləşdirir.
Metabolizmi sürətləndirməklə artıq çəkiyə qarşı mübarizə aparır. Dərinin parlaqlığını və elastikliyini qoruyur. İlıq su acqarına içildikdə susuzluğu dərhal yatırır. Baş ağrısını azaltmaq üçün də təsirlidir. Gündəlik su balansının qorunmasına kömək edir.
Səhərlər bu vərdiş bədənin enerjisini artırır. Boğaz iltihablarında da rahatlaşdırıcı təsir göstərir. Səhər su içməyi unutmamaq tövsiyə olunur.