C vitamini dəri qulluğunda ən çox istifadə edilən və təsiri sübut olunmuş aktiv maddələrdən biridir. Güclü antioksidant xüsusiyyətə malik olan bu vitamin dərini sərbəst radikallardan qoruyur, yaşlanma əlamətlərini azaldır və dərinin parlaqlığını artırır.

Foodinfo.az xəbər verir ki, C vitamini kollagen istehsalını stimullaşdıraraq dərinin elastikliyini artırır, incə qırış və cizgilərin qarşısını alır. 

Eyni zamanda günəş ləkələri və piqmentasiyanın azalmasına kömək edir, dərinin tonunu bərabərləşdirir.

Bu vitamin dəriyə xaricdən serum və ya krem şəklində tətbiq oluna bilər. Ən yaxşı effekt üçün 10–20% konsentrasiyalı C vitamini serumları səhər saatlarında, günəş qoruyucu ilə birlikdə istifadə olunmalıdır. Çünki C vitamini günəşin zərərli təsirlərinə qarşı əlavə qoruma yaradır.

Həssas dərilərdə qızartı və yüngül yanma hissi yarana bilər, buna görə istifadəyə az miqdarda başlamaq tövsiyə olunur. Davamlı istifadə etdikdə dəri daha parlaq, sağlam və gənc görünür.