"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var".

Bu barədə Milli.Az-a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayramı ərəfəsində necə qidalanmalı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Novruz bayramı zamanı həddən artıq yemək həzm pozğunluğuna, nəzarətsiz yemək isə piylənməyə gətirib çıxara bilər ki, bu da ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişaf riskini artırır:

"Bu bayramda həddindən artıq yemək hətta sağlam bir insanda baş verərsə, bu, orqanların və ya onların funksiyalarının  pozulmasına səbəb olacaq".

O, xəbərdarlıq edib ki, həddindən artıq yeməkdən sonra mədə yanması yaranırsa, bu, reflü xəstəliyinin əlamətidir.

"Novruz süfrəsindən sonra şişkinlik görünürsə, köp halları yaranırsa o zaman bağırsaqların iltihabı və ya qıcıqlanmasından danışa bilərik. 50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var. Bu, daha enerjili olmağa kömək edir və gəncliyi uzadır", deyə G.Seyfullayeva əlavə edib.

Mütəxəsis bayram günlərində müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunmalı olduğumuza da toxunub:

"Qədim Tibet təbabətinin 5000 il yaşı olan müxtəlif çay və kapsulalar vardır ki, bioloji aktiv fəallığa malik olduğuna görə, bədəni hüceyrə səviyyəsində təmizləyir və bütün narahatlığı aradan qaldırır. Dərman olmadığına görə həkim məsləhəti olmadan istifadə etmək olar".