Keyfiyyətsiz yuxu yalnız yorğunluq və halsızlıq yaratmır, eyni zamanda metabolik sürəti də ləngidir. Bu isə arıqlama prosesini çətinləşdirir, hətta kökəlmə riskini artırır.

Foodinfo.az xəbər verir ki, sağlam yuxu maddələr mübadiləsinin düzgün işləməsi üçün əsas şərtlərdən biridir. Yuxusuzluq və ya tez-tez oyanmaq orqanizmdə bir sıra hormonal dəyişikliklərə səbəb olur.

1. Hormon balansına təsiri

Keyfiyyətsiz yuxu iştahanı tənzimləyən hormonlarda ciddi dəyişiklik yaradır. Toxluq hissini verən leptin hormonu azalır, aclıq hissini gücləndirən qrelin hormonu isə artır. Bunun nəticəsində insan normadan artıq yeməyə başlayır.

2. Enerji sərfiyyatı azalır

Yuxusuzluq zamanı bədən daha az kalori yandırır. Bu, gündəlik fəaliyyət zamanı enerji sərfini aşağı salır və artıq yağların yığılmasına şərait yaradır.

3. İnsulin müqaviməti yaranır

Araşdırmalar göstərir ki, keyfiyyətsiz yuxu insulinə həssaslığı zəiflədir. Bu hal qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olur və piylənməni artırır.

4. Stress hormonunun artması

Mütəxəssislər qeyd edir ki, yuxu çatışmazlığı kortizol hormonunun səviyyəsini artırır. Kortizol həm iştahanı yüksəldir, həm də qarın piylənməsini gücləndirir.

Dietoloqların sözlərinə görə, yuxu keyfiyyəti pəhriz və idman qədər vacibdir.