Qəhvənin dişlərin rənginə zərər verdiyi bilinir. Bəs, dişləri ağardan və təmizləyən məhsullar varmı?

Foodinfo.az bildirir ki, belə məhsullara ilk növbədə kərəviz, şalgam və daikon daxildir. Həmçinin, yerkökü, şirin bibər və çiy brokkolinin tərkibində çoxlu miqdarda C vitamini və kalsium var ki, bu da minanın ağlığını qorumağa kömək edir.

Sitrus meyvələri yaxşıdır. Gündə 1-2 dəfə qabığı ilə birlikdə bir dilim portağal və ya limon çeynəmək faydalıdır, bundan sonra turşuları neytrallaşdırmaq üçün ağzınızı qələvi mineral su ilə yaxalamaq lazımdır. Ağartmaq üçün siz də bir-iki çiyələyi əzib, adi diş pastası kimi gündə bir dəfə bu kütlə ilə dişlərinizi fırçalaya bilərsiniz.

Leyla