
2020-ci ildə Gürcüstan Azərbaycandan
343,12 min ABŞ dolları dəyərində
55 ton fındıq idxal edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, Azərbaycandan qonşu ölkəyə fındıq ixracı ötən ilin yalnız mart, may və noyabr aylarında həyata keçirilib.
İllik müqayisədə məhsulun həcmində
300,04 ton və yaxud
6,4 dəfə azalma qeydə alınıb.