Bəzi qidalar soyulduğu zaman turşu molekulları buraxdığı üçün, qoxusu əllərdən getmək bilmir.

Foodinfo.az xəbər verir ki, yuma əllərinizi təmizləyir, lakin pis qoxunu aradan qaldıra bilmir. Əslində su vəziyyəti daha da pisləşdirir. Çünki suyun molekullarla qarşılıqlı təsiri qoxunun daha da kəskinləşməsinə səbəb olur. 

Əllərinizi nə qədər yusanız da, yenə də o sarımsaq və ya soğan qoxusunu əlinizdən çıxara bilmirsinizsə, bu üsuldan istifadə edin.

Bu qoxulardan qurtulmağın ən yaxşı yolu əllərinizi qazan, tava, çəngəl, bıçağa sürtməkdir. Paslanmayan poladdan hazırlanan bu materiallar belə qoxuları aradan qaldırmaqda son dərəcə təsirlidir. Bu üsul qoxuları aradan qaldırmaqda o qədər uğurludur ki, bəzi sahibkarlar hətta paslanmayan poladdan sabun istehsal ediblər.