"Heç bir şəbəkə ilə birləşmirik". Bunu "Bizim Market" supermarketlər şəbəkəsindən Topxeber.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, marketlərin «Bazarstore» tərəfindən alınması məlumatı əsassızdır. Rəhbərliyin bildirdiyinə görə,  yayılan xəbərlərin əksinə olaraq supermarketlər şəbəkəsi bu yaxınlarda daha bir neçə əlavə filial açmağı planlaşdırır. Qeyd edək ki, bu gün Topxeber.az saytının yaydığı məlumatda ”Bazarstore”un “Bizim Market” supermarketlər şəbəkəsini aldığı bildirilirdi.