5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək.
Foodinfo.az xəbər verir ki, bu il “Caspian Agro” sərgisi yeni brend - “Caspian Agro Week” adı ilə təşkil ediləcəkdir. Təşkilatçılar inanırlar ki, bu, sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.
Bu sərgilər kənd təsərrüfatı, qida istehsalı, emalı və HORECA sektoru üzrə ən son texnologiya və həllərin təqdim edildiyi vahid platforma olacaq.
Bakının 2026-cı il sərgi xəritəsi ilə bu linkdə tanış ola bilərsiniz.






