Meredit adlı qız çoxlarının bəyənməyəcəyini düşündüyü sadə yeməkdən istifadə edərək xeyli arıqlayıb. 

 Foodinfo.az bildirir ki, “The Sun” nəşri qızın “TikTok” sosial şəbəkəsində yerləşdirdiyi videoya diqqət çəkib.

Belə ki, son vaxtlara qədər Mereditin çəkisi 117 kiloqram olub. 

Arıqlamaq qərarına gəldikdən sonra o, aktiv həyat tərzi sürməyə başlayıb və qida rasionunda dəyişikliklər edib. Qız iki həftə ərzində nahara eyni diyetik yeməyi yediyini bildirib.

Meredit izləyicilərinə reseptini açıqlayıb. Məlum olub ki, arıqlamaq üçün o, hər gün 200 qram mal əti farşı ilə yarım banka qara lobyanın üzərinə pendir əlavə edərək yeyib, bütün yeməklərində də istiot və pul bibərdən istifa edib.