Gün ərzində istehlak etdiyimiz qidalar bədəndən çıxarılmadıqda toksin yığılması baş verir. Bədəndən toksinlər çıxarılmadıqda halsızlıq, yorğunluq kimi şikayətlər artır. 

Axşam saatlarında istehlak edilən bəzi qidalar maddələr mübadiləsini sürətləndirir, toksinləri çıxarır və səhərə qədər orqanizmi təmizləyir.

 Foodinfo.az gecə istehlak edildikdə bədəni təmizləyən qidaları təqdim edir:

LİMONLU SU:

Limonlu su C vitamini ehtiva edir və həzm sistemini dəstəkləyir. Həm də sidikqovucu təsir göstərir. Axşam içilən bir stəkan limonlu su səhərə qədər orqanizmdən toksini çıxarmağa kömək edir.

YAŞIL ÇAY:

Antioksidantlarla zəngin olan yaşıl çay bədəndəki sərbəst radikallarla mübarizə aparmağa kömək edir. Axşam yeməyindən sonra içilən bir stəkan yaşıl çay bədəndəki yağların yandırılmasını asanlaşdırır.

KƏLƏM:

Brokoli, kələm və gül kələm kimi tərəvəzlər tərkibindəki kükürdlə qaraciyər sağlamlığını dəstəkləyir. 

KÖK:

Beta-karotinlə zəngin olan yerkökü dəri sağlamlığı üçün faydalı olmaqla yanaşı, bədəndəki toksinlərin atılmasını da asanlaşdırır.

CƏFƏRİ:

Sidikqovucu təsiri ilə böyrəklərin təmizlənməsinə kömək edir. Cəfəri axşam saatlarında salat olaraq istehlak edilə bilər və ya detoks içkisi kimi istifadə edilə bilər.

ZƏNCƏFİL:

İltihab əleyhi xüsusiyyətlərə malik olan zəncəfil həzmi dəstəkləyir və immunitet sistemini gücləndirir. Bədəndəki toksinlərin atılmasına kömək edən zəncəfil axşam çay kimi içildikdə səhərə qədər öz təsirini göstərir.

QIRMIZI BİBƏR:

Tərkibindəki C vitamini ilə immunitet sistemini dəstəkləyir. Bədəni gücləndirən və maddələr mübadiləsini sürətləndirən qırmızı bibər axşam yeməklərində istehlak edildikdə səhərə qədər yağ yandırılmasını sürətləndirir.

SARIMSAQ:

Antioksidant və antimikrobiyal xüsusiyyətlərə malik olan sarımsaq orqanizmi təmizləməyə kömək edir. Arxeoloji tapıntılar sarımsaqdan qədim zamanlarda dərman kimi istifadə edildiyini göstərir. Çox təsirli bir qida olan sarımsaq bir çox xəstəliklərdən qoruyur.

QIRMIZI ÇUĞUNDUR:

Yüksək lif tərkibi və antioksidantları ilə tanınan çuğundur həzmi tənzimləyə və detoksifikasiya proseslərinə töhfə verə bilər