Unun saxlama müddətini uzatmaq və onun həşəratlanmasının qarşısını almaq üçün bir neçə praktik üsul var. Bu üsul sayəsində kilo ilə aldığınız un heç vaxt həşəratlanmayacaq və saralıb xarab olmayacaq.
Mətbəximizdə tez-tez istifadə etdiyimiz qidalardan biri də undur. Yeməklərdə, şorbalarda, pastalarda və desertlərdə istifadə olunan əsas tərkib hissədir. Bu səbəbdən mətbəxdə çox istifadə etdiyimiz unun xarab olmadan, böcəklənmədən saxlanması vacibdir.
Təəssüf ki, bəzi hallarda unun rəngi dəyişib sarala bilir. Diqqət etmədiyiniz bəzi kiçik elementlər bu vəziyyətə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, unu həşəratlardan təmizləməyin ən yaxşı yolu ona bir neçə çimdik mixək əlavə etməkdir. Mixək sayəsində unu uzun müddət həşərat almadan təzə saxlaya bilərsiniz. Mixəyə alternativ olaraq dəfnə yarpağı da seçə bilərsiniz. Ancaq quru mixək dəfnə yarpağından daha təsirli bir üsuldur. Unun keyfiyyətdən düşməməsi üçün uyğun şəraitdə saxlanması da böyük əhəmiyyət kəsb edir.
Bu zaman ən önəmlisi unu paketindən çıxarıb şüşə qaba tökməkdir. Plastik qabları seçməməyə diqqət edin. Şüşə qablarda saxladığınız un heç vaxt böcəklənməyəcək. Əgər unu öz qablaşdırmasında saxlamaq istəyirsinizsə, paketin üzərinə bir torba qoyun və havanın qarşısını alaraq saxlayın. Bundan əlavə, unu qabdan götürərkən dəmir əvəzinə taxta qaşıqdan istifadə etməlisiniz. Qaşıq heç vaxt nəm olmamalıdır.