Faydalı olmasına baxmayaraq, qurudulmuş meyvələr artıq çəki artımına səbəb ola bilər. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq, tibb elmləri doktoru, Moskva Dövlət Universitetinin Fundamental tibb fakültəsinin baş elmi işçisi və “Doktor Pavlova” kanalının müəllifi Zuxra Pavlova danışıb.

Onun sözlərinə görə, qurudulmuş meyvələr çox yüksək kalorili olur.  Buna görə də, məhsul kiçik hissələrdə və yalnız yeməkdən sonra istehlak edilməlidir.  

Ancaq kökəlmək qorxusu ilə quru meyvələrdən tamamilə imtina etməməlisiniz. Beləliklə, gavalı həzm sisteminin işini tənzimləməyə kömək etmək üçün əladır, əncir və quru ərik isə ürək üçün faydalıdır.

Leyla