Meyvə və giləmeyvə pəhrizi çəki artmasına və mədənin genişlənməsinə səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova danışıb.

Həkim vurğulayıb ki, giləmeyvə və meyvələrdə çoxlu fruktoza var. O isə enerji, yəni yağ toplamağa səbəb olur. 

"Əbəs yerə deyil ki, ayılar qış yuxusundan əvvəl məhz giləmeyvə ilə qidalanırlar. Kalorisi az olsa da, onlar "toppuş"laşdırır", - deyə endokrinoloq özünün "Telegram" kanalında qeyd edib. 

Eyni zamanda, Pavlova giləmeyvələrdən, xüsusən də mövsümi olanlardan imtina etməməyə çağırıb. Onları hər gün yemək olar, lakin bir stəkandan çox olmamaqla və normal qida qəbulundan sonra. Bundan başqa, axşamlar giləmeyvə yeməmək daha yaxşıdır.

"Yeri gəlmişkən, qarın da meyvə və giləmeyvələrə görə çıxmış ola bilər. Məsələn, çoxlu albalı (alma, armud və s.) yeyirsiniz, sonra isə çimərlikdə yumrulaşan qarnınıza təəccüblənirsiniz. Buna qazlar səbəb olur. Mədəniz narahat olmaya da bilər, lakin sadə şəkərlər qaz əmələ gəlməsini artırmaqla öz işini görür”, - deyə Pavlova əlavə edib.