Çinli həkimlər 440 könüllünün iştirakı ilə təcrübə aparıblar. Tədqiqat iştirakçıları bir neçə ildir ki, turşu və oxşar qidalar qəbul ediblər.

Mütəxəssislərin duzlu qidaların həddindən artıq və müntəzəm istehlakının zərərli təsirlərinə inamı təsdiqləndi. Turşu və oxşar məhsullara aludəçilik mədə və yemək borusu xərçənginə səbəb ola bilər, hipertoniyanın inkişafı səbəbindən insult və ürək-damar xəstəliklərinin ehtimalını artırır.

Duzlu xiyar da çoxlu sirkə ilə hazırlandığından zərərlidir. Onların həddindən artıq istifadəsi səbəbindən maddələr mübadiləsi və həzm pozula bilər, qastrit, xərçəng və mədə xorası inkişaf edə bilər.

Nərmin