Melokan otu Qara dəniz bölgəsi və ətraf vilayətlərdə bitən və sağlamlıq üçün çox faydalı bitki növüdür. Bəs, Melocan otu nədir və onun faydaları nədir? 

 Foodinfo.az-ın məlumatına görə, melocan bitkisi zanbaq fəsiləsindən olub yol kənarlarında və kolluqlarda bitir. İnsanlar tərəfindən qovurularaq yeyilən bu bitki insan sağlamlığına müsbət təsir göstərir.

Qan təmizləyici xüsusiyyətləri ilə tanınan melokan otunun cücərtiləri, kökləri və çiçəklərindən istifadə olunur. Qan təmizləyici xüsusiyyətləri sayəsində bədəndən toksinləri çıxarmağa kömək edir və hüceyrələrin zədələnməsini aradan qaldırır. O, həmçinin daxili orqanların funksiyalarını tənzimləyir. Dəri xəstəliklərində tez-tez istifadə edilən bu bitki bərpaedici təsirə malikdir. 

Revmatizm və böyrək xəstəliklərində üstünlük verilən melokan meyvəsi rahatlaşdırıcı təsir göstərir. Psixoloji xəstəliklərdə problemləri aradan qaldırmaq üçün də seçim edilə bilər.