Qidalanmanı yalnız mədəmizi doldurmaq kimi düşünmək yanlışdır. Çünki qidalanma uşaqlıq və yeniyetməlik dövründə fiziki inkişafın və idrak funksiyalarının davamlılığında ən mühüm təməl ehtiyaclardan biridir. İntellektin inkişafı və beyin sağlamlığının optimal qidalanma ilə əlaqəli olduğu danılmazdır.

 Foodinfo.az xəbər verir ki, səhər yeməyinin xüsusilə məktəb yaşlı uşaqların böyüməsində, inkişafında və məktəbdə uğur qazanmalarında ən vacib yeməklərdən biri hesab olunur. Səhər yeməyi vərdişlərinin akademik müvəffəqiyyəti artırdığını göstərən elmi araşdırmalar var. Cəmiyyətdə yeniyetmələr arasında, xüsusilə qızların oğlanlara nisbətən səhər yeməyini atlatdıqları müşahidə edilir. Bunun səbəbləri arasında vaxt azlığı, bədən imici ilə bağlı narahatlıq, iştahsızlıq, yuxudan oyanan kimi yemək yeyə bilməmək və iştahsızlıq daxildir. Bu sahədə aparılan elmi məlumatlar göstərir ki, balanslı və adekvat səhər yeməyi uşaqlıq və yeniyetməlik dövründə məntiqi problemləri həll etmək bacarığı, dərsdə diqqəti təmin etmək, immuniteti artırmaq baxımından çox qiymətlidir.

Uşaqların inkişafını dəstəkləmək üçün bəslənmə çantasında proteinlə zəngin yumurta, süd və pendir növləri olmalıdır. Mövsümi tərəvəz və meyvələr tərkibindəki vitamin-mineral tərkibi ilə immunitet sisteminin gücünü artırır. Tam taxıllı qidalar isə gün ərzində performans, qan şəkəri balansı, uzun müddətli toxluq, lif zənginliyi, fitnes, konsentrasiya və diqqəti asanlaşdırır. Sümüklərin və beynin inkişafı üçün hər bir məktəb yaşlı uşaq bitki mənşəli zülallarla zəngin olan sərt qabığı olan meyvələri (qoz, fındıq, badam, anakardiya, yerfıstığı) normada istehlak etməlidir.

Uşaqların nahar çantalarında olması lazım olan qidalar bunlardır:

• Yumurta, pendir, mövsümi göyərti, zeytun, tam taxıl çörək

• Tam buğda unundan hazırlanmış pendirli çörək, pomidor, xiyar və qoz

• Kartof salatı, qatıq, omlet

• Evdə hazırlanmış tərəvəzli börək, 1 stəkan ayran

• Tərəvəzli kek,1 stəkan ayran

• Evdə hazırlanmış qozlu kek, süd

• Simit, pendir, meyvə

• Pendirli tost, meyvə

• Sandviç, ayran

• Pancake, pendir, meyvə.

Uşaqların yemək qablarında olmaması lazım olan zərərli qidalar bunlardır:

• Hazır şirələr

• Açıq halda satılan qidalar 

• Market məhsulları

• İşlənmiş qidalar (salam, kolbasa, sucuk)

• Şəkər, şəkərli qidalar

• Çox yağlı və çox duzlu çips-krakerlər

• Qızardılmış qidalar (kartof, küftə, toyuq)

• Mayonezli yeməklər

Uşaqlıqda qazanılan düzgün qidalanma vərdişləri yetkinliyin təməlini qoyur. Hər 2 obez uşaqdan 1-nin gələcəkdə obez yetkin olma ehtimalını nəzərə alsaq, balanslı və adekvat qidalanmanın vacib olduğu bilinməlidir.