Rasionda edilən səhvlər bağırsaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu səhvlər arasında lif və maye çatışmazlığı, həmçinin yağlı və qızardılmış qidaların çoxluğunu qeyd etmək olar. 

Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq, terapevt və hepatoloq Şota Kalandiya  danışıb.

Onun sözlərinə görə, pəhrizdə lif çatışmazlığı qəbizlik və digər həzm problemlərinə səbəb ola bilər. Lif yumşaq nəcisin əmələ gəlməsinə və bağırsaqların normal fəaliyyətinin saxlanmasına kömək edir. Kifayət qədər su qəbul etməmək isə susuzluğa səbəb ola və həzm prosesində çətinlik yarada bilər. 

Bundan əlavə, yağlı qidaları çox yeməkməsləhət deyil.

Doymuş yağlar və trans yağlarla zəngin qidalar çətin həzm olunduğu üçün həzm problemləri yarada bilər. Belə qidalar bağırsaqlarda iltihabi proseslərin inkişafına da səbəb ola bilər və xroniki xəstəliklərin, o cümlədən mədə xorası və xoralı kolit riskini artırır.

Həkim əlavə edib ki, şəkər və sürətli karbohidratların həddindən artıq istehlakı bağırsaqlarda mikrofloranın tarazlığını poza bilər. Bu, zərərli bakteriyaların çoxalmasına, disbakteriozun və irritabl bağırsaq sindromunun yaranmasına səbəb ola bilər.

Alkoqol və kofeindən çox istifadə etmək bağırsaqları qıcıqlandıra və iltihab proseslərini inkişaf etdirə bilər, süni əlavələr ehtiva edən qidalar da bağırsağın qıcıqlanmasına və iltihabına səbəb ola bilər. Həmçinin, prebiotiklər və probiotiklər haqqında da unutmaq olmaz. Onlar mədə-bağırsaq traktında sağlam mikrofloranı saxlamaq üçün lazımdır.

Nərmin