Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin tərcümeyi-halının mətbuatda açıqlanmasına baxmayaraq, ictimaiyyət onu heç də yaxından tanımır.
Foodinfo.az-ın xəbərinə görə, Q.Təhməzli Qarabağ müharibəsi veteranıdır.
Belə ki, o, 1992-ci il 26 fevral – Xocalı soyqırımı baş verəndən iki gün sonra, yəni fevralın 28-də dostları ilə birgə könüllü şəkildə müharibəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Həmin vaxt Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tələbəsi olan Q.Təhməzli bir aydan sonra cəbhəyə göndərilir. O və dostları Qarabağ müharibəsi zamanı hərbi səhra hospitallarının yaradılması işində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Q.Təhməzliyə Azərbaycan Respublikasının müharibə veteranı adı verilib.
Q.Təhməzli bu haqda danışarkən “Mən bu adla şərəf duyuram”, - deyə, bildirib.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb.
Foodinfo.az
Son xəbərlər
- Alimlər yaddaşın çayla necə yaxşılaşdıracağını kəşf ediblər
- Niyə hər ehtimala qarşı tualetə getmək lazımdır?
- Günvurmanın xəbərdarlıq əlamətləri
- Həftəsonundan sonra da özünüzü niyə yorğun hiss edirsiniz?
- Alimlər qəhvənin arıqlamağa kömək etdiyini müəyyən ediblər
- Bu üsul sizi boyun ağrılarından xilas edəcək