SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən “Azərkimya” Dövlət Şirkətinin əməkdaşları öz şəxsi vəsaitləri hesabına aztəminatlı ailələrdən olan uşaqlara Yeni il sevinci yaşadıblar.
Foodinfo.az xəbər verir ki, SOCAR əməkdaşlarının "Qızıl Aypara" cəmiyyəti ilə “Mərhəmətli olmağa tələsin!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası Sumqayıtda başqa müəssisələri də xeyriyyəçiliyə qoşulmağa təşviq edib.
Bu il əldə olunan vəsait hesabına aztəminatlı ailələrdən olan 200 nəfər uşağa isti qış geyimləri alınıb, onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanan 200 ədəd hədiyyə təqdim olunub.
Qeyd edək ki, 7 ildir , SOCAR əməkdaşları "Qızıl Aypara" cəmiyyəti ilə analoji aksiya keçirir.
Foodinfo.az
Son xəbərlər
- Bu qidalar oynaq sağlamlığını yaxşılaşdırır
- Tural Hacılı: "Azərbaycan İtaliya ilə ticarət əlaqələrini genişləndirilmək istəyir"
- İlon Mask onun tez yuxuya getməsinə kömək edən qeyri-adi üsul açıqlayıb
- “Azərbaycan və İtaliya – daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilir
- Nevraloji və ürək ağrısını necə qarışdırmamaq olar?
- Azərbaycanda bu məhsulların idxalı və satışı ƏDV-dən azad edildi