Yanvar ayında Azərbaycandan xaricə üzüm ixracı 4 dəfəyə yaxın artıb.

Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında Azərbaycandan 150 ton həcmində və 188 min 500 dollar dəyərində üzüm ixrac olunub.

İxrac edilən üzümün orta qiyməti 1 ton üçün 1260 dollar təşkil edib.

Üzüm ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə artım qeydə alınıb.

İxrac edilən üzümün dəyəri isə 3,1 dəfə artıb.

Ötən illə müqayisədə ixrac edilən üzümün qiyməti azalıb. Belə ki, 2022-ci ilin yanvarında ölkədən 38,5 ton üzüm ixrac edilib, onun dəyəri 60,8 milyon dollar təşkil edib. İxrac olunan üzümün orta qiyməti 1 ton üçün 1580 dollar təşkil edib.