Sükan arxasında yatan sürücülər dəhşətli qəzalara səbəb olur. Avtomobil idarə edərkən yuxuya getməyin bir neçə səbəbi var. Bunlardan biri də sürücülərin istifadə etdiyi qidalardır.

Avtosfer.az xəbər verir ki, “AvtoFM” radiosunun efirində yayımlanan "Faydalı saat" verilişində dietoloq Tutu Zeynalova bu barədə sürücülərə faydalı məsləhətlər verib.

O, bildirib ki, uzun yola çıxan sürücülər ağ undan hazırlanmış qidalar yeməməlidir: “Çörək, buterburun, şor qoğal, şəkərbura, paxlava və.s kimi qidalardan, həmçinin şirin qazlı içkilər və meyvə şirələrindən istifadə edilməməlidir. Çünki bu qidalar qan şəkərinin bir müddət sonra enməsinə səbəb olur. Nəticədə yolda olan sürücü özünü yorğun və yuxulu hiss edir ki, bu da yuxulamağa səbəb ola bilər”.