"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:

"Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldanda necə olur? Bu da elə. Dəridir. Həkim axtarıram. Çünki üz elədir ki, hər adama etibar etmək olmaz. 3 namizəd həkim var. Ola bilər Türkiyədə, ya Bakıda elətdirdim. Ya da ola bilər ki, Moskvadan həkim gəldi".