Hipotireoz, disbakterioz və uzun müddət davam edən stress insanın çəki atmasına mane olur.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Hipotireoz bədəndə enerji istehsalı və metabolik proseslərdən məsul olan qalxanabənzər vəzinin fəaliyyətinin azalmasına deyilir. Bu vəziyyətdə arıqlamaq çətindir.

Həmçinin, diyetoloqun fikrincə, disbakteriozla, yəni bağırsaqlarda mikrob balansı pozulduğu zaman da çəki atmaq çətindir. Bu halda orqanizmə daxil olan qidanın sovurulması mexanizmi dəyişir. O, bir neçə dəfə patogen flora tərəfindən emall olunur, nəticədə yeyilən qidanın ümumi kalorisi artır.

Bundan əlavə, uzun müddət davam edən stress çəki azalmasını yavaşlatır. Bu vəziyyətdə orqanizm yağ depolamaq və aclıq hissini artırmaqla "çətin vaxtlara" hazırlaşmağa başlayır.

Leyla