Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində onlayn formatda ASK üzvləri üçün silsilə təlimlər davam etdirilir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda vebinar keçiriləcək. Vebinarın 23 avqust 2022-ci il, saat 15:00-16:00-da keçirilməsi nəzərdə tutulub.
Vebinarda AQTİ-nin Təlim və konsaltinq şöbəsinin əməkdaşı Elvin Quliyev təlimçi qismində çıxış edəcək. İştirak üçün qeydiyyatdan keçmək və ad, soyad, təmsil edilən qurum, icra edilən vəzifə, e-mail ünvanı və əlaqə nömrəsini əlaqələndirici şəxsə (Zülfiyyə Vəliyeva, e-mail: [email protected], tel: +994 51 229 97 22) göndərmək mütləqdir.
Qeyd edək ki, seminarda iştirak etmək üçün məlumat linki yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.