
Bəzən səbəbsiz baş ağrıları yediyimiz qidalardan qaynaqlanır. Foodinfo.az bildirir ki, duzlu və çox yağlı yeməklər baş ağrısını artırır. Kofeinə asılılıq da miqrenin əsas səbəblərindəndir. Şəkərli içkilər və şokolad damarların daralmasına təsir edir.
Az su içmək və susuz qalmaq beyində təzyiq yaradır. Süni ədviyyatlar və konservantlar sinir sisteminə mənfi təsir göstərir. Spirtli içkilər damar genişlənməsi ilə baş ağrısını gücləndirir. Çox duzlu pendir və hisə verilmiş məhsullar da risk yaradır.
Gec yemək və uzun fasilələrlə qidalanmaq hipoglikemiya ilə baş ağrısı törədir. Fast-food və hazır qidaların tərkibində MSG maddəsi olur ki, bu da baş ağrısını artırır. Uzun müddət aclıq da miqrenə səbəb olur. Həkimlər qida rejiminə diqqət etməyi tövsiyə edir.