Parkinson xəstəliyi beynin hərəkətə nəzarət edən hissələrində dopamin adlı maddənin azalması ilə ortaya çıxan, xroniki və proqressiv bir sinir sistemi xəstəliyidir. Xəstəlik əsasən əzələ titrəməsi, yavaş hərəkət, balans pozuntusu və sərtliklə xarakterizə olunur.

Foodinfo.az xəbər verir ki, bu xəstəliyin dəqiq səbəbləri tam məlum olmasa da, bəzi qidalar və qidalanma tərzi onun başlanmasına və ya gedişatına mənfi təsir göstərə bilər.

Parkinson xəstəliyini tətikləyə biləcək qidalar:

1. Trans yağlarla zəngin qidalar

Fast food, hazır biskvitlər, paketli çərəzlər, marqarin sinir hüceyrələrinə zərər verən iltihabı prosesləri artırır, beyində oksidləşdirici stress yaradır.

2. Çox duzlu qidalar

Turşular, konservlər, çipslərin yüksək natrium tərkibi beyində qan dövranını poza, hüceyrə zədələnməsini artıraraq Parkinson riskini yüksəldir.

3. Rafinə şəkər və şəkərli içkilər

Qanda şəkərin kəskin dalğalanması beyin funksiyalarını zəiflədir, insulin müqavimətini artırır. Artıq şəkər beyində iltihabi reaksiyaları gücləndirir.

4. Qırmızı ət və işlənmiş ətlər (sosiska, kolbasa və s.)

Bu qidalar həddindən artıq doymuş yağ və nitratlar ehtiva edir. Sinir sistemində degenerasiyanı sürətləndirir

5. Əlavə glutamat və Çin duzu (MSG) olan qidalar sinir hüceyrələrini həddindən artıq stimullaşdıra və nəticədə onların zədələnməsinə səbəb ola bilər.

6. Alkoqol

Xüsusilə davamlı və həddindən artıq qəbul beyindəki dopamin sistemini pozur. Həmçinin bəzi Parkinson dərmanları ilə qarşılıqlı təsirə girə bilər.

Süd və süd məhsullarının həddindən artıq istifadəsi bəzi tədqiqatlarda Parkinson riski ilə əlaqələndirilmişdir, lakin bu hələ 100% sübuta yetirilməyib.