
Narşərab tərkibindəki polifenollar sayəsində güclü antioksidant təsirə malikdir. O, orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrə yaşlanmasını ləngidir. Narşərab ürək-damar sağlamlığını dəstəkləyən təbii vasitə kimi tanınır.
Foodinfo.az xəbər verir ki, o, qan dövranını yaxşılaşdırır və xolesterin səviyyəsini tənzimləyə bilər. Eyni zamanda, immunitet sistemini gücləndirən C vitamini ilə də zəngindir. Lakin narşərabın yüksək şəkər tərkibi onu diabet xəstələri üçün riskli edir. Tünd konsentrasiyada qəbul edildikdə mədədə turşuluğu artıra bilər. Həddindən artıq istifadəsi qaraciyərə və böyrəklərə əlavə yük sala bilər. Hazır şəkildə satılan bəzi narşərablar əlavə şəkər və konservantlarla zəngin ola bilər.
Bu baxımdan, ev şəraitində hazırlanan təbii narşərab daha məqsədəuyğundur. Gündəlik qəbul miqdarı bir və ya iki xörək qaşığını keçməməlidir. Mütəmadi istifadədə isə həkimlə məsləhətləşmək vacibdir.