
Mədə turşuluğu — yəni reflü və ya qıcqırma insanların tez-tez qarşılaşdığı narahatedici həzm problemidir. Bu zaman mədə turşusu qida borusuna qalxaraq yanma və acı dad hissi yaradır.
Foodinfo.az xəbər verir ki, bunun əsas müalicə üsullarından biri düzgün qidalanmadır.
Turşunu artırmayan və rahat həzm olunan qidalar seçilməlidir. Banan, yulaf əzməsi, qaynadılmış düyü, bişmiş tərəvəzlər (xüsusilə kartof, kök, balqabaq) bu baxımdan uyğundur.
Az yağlı süd, qatıq da bəzi insanlarda rahatlıq yaradır. Toyuq əti (bişmiş və ya buğda), balıq və yumurta ağı proteini təmin edən, amma turşuluq yaratmayan qidalardır.
Çiy pomidor, soğan, sarımsaq, acı qidalar, qazlı içkilər, qəhvə və çox yağlı yeməklərdən uzaq durmaq lazımdır. Qida qəbulundan sonra uzanmaq olmaz. Kiçik porsiyalarla və tez-tez yemək məsləhətdir.
Bu insanlar düzgün qidalanma ilə yanaşı, həyat tərzlərində də dəyişikliklər etməlidirlər ki, turşuluq şikayətləri azalsın.