“Megastore” marketlər şəbəkəsi videomüsabiqə elan edib. Foodinfo.az xəbər verir ki, bu müsabiqədə iştirak etmək üçün müştərilər övladları tərəfindən çəkilən qısa video çarxları öz facebook profillərində #ilovemegastore haştaqı ilə yayımlamalıdır. Bu çarxda uşaqlar (müştərinin övladı) “Megastore”u nə üçün sevməsi ilə bağlı suala, bu başlığı tamamlamaqla cavab verməlidirlər: “Megastore”u sevirəm, çünki...” Bir ay davam edəcək müsabiqədə 10 qalib müəyyən ediləcək və hər bir qalibə “Megastore”dan 80 manatlıq alış-veriş çeki hədiyyə ediləcək. Bundan əlavə, müsabiqədənin bütün iştirakçılarına “Megastore” marketlər şəbəkəsindən xüsusi hədiyyələr təqdim ediləcək. Müsabiqə aprelin 10-dək davam edəcək. İştirakçıların maksimum yaş həddi 13 olmalıdır. Görüntünün olası içeriği: yazı Foodinfo.az