Laktik turşu qidaların fermentasiyası nəticəsində yaranan, eyni zamanda bədənimizdə də təbii şəkildə əmələ gələn bir maddədir. 

Foodinfo.az xəbər verir ki, qida sənayesində bu turşu konservant, dadlandırıcı və fermentasiya kimi istifadə olunur.

 Sağlam insan üçün laktik turşu qidalarda təhlükəsiz sayılır və əksinə, bəzi hallarda faydalı hesab olunur.

Bu maddə ən çox turş süd məhsullarında (qatıq, kefir, ayran), turşu və fermentləşdirilmiş tərəvəzlərdə (kələm turşusu və s.), bəzi çörək və xəmir məhsullarında görülür.

Faydaları aşağıdakılardır:

- Bağırsaq florasını dəstəkləyir, faydalı bakteriyaların inkişafını artırır.

- Qidaların saxlanma müddətini uzadır, təbii konservant rolunu oynayır.

- Həzmə kömək edir, xüsusilə fermentləşdirilmiş məhsullar.

- Turşu balansını tənzimləyərək orqanizmin pH səviyyəsinə müsbət təsir göstərir.

Kimlərə zərərli ola bilər?

- Laktik asidoz problemi olanlara (bu, çox nadir və əsasən xroniki xəstəliklərdə rast gəlinir)

- Süni laktik turşuya qarşı həssaslığı olanlara (çox nadir hallarda allergik reaksiyalar mümkündür)

- Qida əlavələrinə həssas uşaqlarda nadir hallarda həzm pozğunluğu yarada bilər