Kələmin tərkibindəki bioaktiv maddələr bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, amerikalı tədqiqatçılar xüsusilə brokoli və gül kələmi növlərində sulforafan maddəsinin şiş hüceyrələrinin böyüməsini əngəllədiyini qeyd edirlər.

Kələm tərkibində C, K vitaminləri, fol turşusu və liflə yanaşı, güclü antioksidantlarla zəngindir.Tədqiqatlar göstərir ki, həftədə üç-dörd dəfə kələm yemək bağırsaq, ağciyər və prostat xərçənginə qarşı qoruyucu təsir göstərə bilər. Eyni zamanda bu tərəvəz orqanizmdə iltihabi prosesləri azaldır və detoks funksiyasını dəstəkləyir. Qidalanma üzrə mütəxəssislər kələmin buxarda bişirilmiş, xam və ya mayalanmış formada istifadəsini tövsiyə edirlər.

Mayalanmış kələm (kvas) probiotiklərlə zəngindir və bağırsaq mikroflorasını gücləndirir. Kələmin qəbulu həmçinin mədə şirəsinin tarazlığını qorumağa kömək edir. Bu tərəvəz arıqlamaq istəyənlər üçün də ideal seçim sayılır, çünki kalorisi az, toxluq effekti isə yüksəkdir. Kələmin tərkibindəki lif qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır. Lakin qalxanabənzər vəzi problemi olan şəxslərin kələmi çiy halda çox istifadə etməsi tövsiyə edilmir. Mütəxəssislər balanslı istehlakı və müxtəlif kələm növlərindən istifadəni məsləhət görürlər.