
Kilo atmaq istəyənlərin ən çox diqqət etməli olduğu məqam qəbul etdikləri qidalardır. Foodinfo.az bildirir ki, bəzi məhsullar arıqlama prosesini ləngidir və nəticəni gecikdirir. Ağ çörək və un məmulatları yüksək qlikemik indeksi ilə piylənməyə səbəb olur.
Qazlı və şəkərli içkilər orqanizmdə artıq kaloriyə və piy toplanmasına gətirib çıxarır. Fast-food məhsulları tərkibindəki trans yağlar və duzla bədəni susuzlaşdırır və yağ yığılmasını artırır. Kartof qızartması və digər qızarmış yeməklər metabolizmin zəifləməsinə səbəb olur. Mayonez və hazır souslar tərkibindəki konservantlar və şəkərlə arıqlama prosesini yavaşıdır. Şirniyyat və tortlar sürətli şəkər yüksəlişi ilə aclıq hissini artırır.
Ağ düyü və makaron da bənzər effekt verərək arıqlamağa mane olur. Enerji içkiləri bədəni süni şəkildə yükləyərək metabolizmi pozur. Sucuq və kolbasa kimi işlənmiş ətlər piylənmə və ürək problemlərinə zəmin yaradır. Bu qidalardan uzaq durmaq arıqlama prosesini sürətləndirməyə kömək edir.