Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva vəfat edib.
Foodinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, 1977-ci il təvəllüdlü K. Alıyeva 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.
O, uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!