
Soyuq suyun içilməsi yay aylarında rahatlıq hissi yaratsa da, sağlamlıqla bağlı müxtəlif fikirlər mövcuddur. Foodinfo.az bildirir ki, bəziləri soyuq suyun həzm sistemini ləngitdiyini və mədənin fəaliyyətinə mənfi təsir etdiyini bildirir. Bəzi tədqiqatlar göstərir ki, soyuq su yağların bərk vəziyyətdə qalmasına səbəb olaraq həzmi çətinləşdirə bilər.
Bu da xüsusilə yağlı yeməklərdən sonra soyuq su içildikdə müşahidə olunur. Soyuq su həmçinin bəzi insanlarda qarın ağrısı və spazm yarada bilər. Ancaq sağlam insanlarda bu təsir çox zaman ciddi olmur. İdman sonrası soyuq su içmək bəzən mədədə narahatlıq hissinə səbəb ola bilər.
Lakin suyun temperaturu şəxsi fərqliliklərə bağlı olaraq qəbul edilə bilər. Bədənə uyğun olan su istiliyi otaq temperaturunda olan sudur. Həddindən artıq soyuq və ya isti suyun tez-tez istifadəsi orqanizm üçün uyğun deyil. Əsas məsələ kifayət qədər su içməkdir, lakin onu bədənin vəziyyətinə uyğun şəkildə qəbul etmək daha doğrudur.