Qırmızı ət zülal və dəmir mənbəyidir. Foodinfo.az bildirir ki, dəmir tərkibli qırmızı ət qan dövranını yaxşılaşdırır və anemiyanın qarşısını alır. Lakin artıq qırmızı ət istehlakı ürək xəstəliklərinin və xərçəng riskini artırır.

Ət məhsullarının çox olması arteriyalarda plaka toplanmasına səbəb ola bilər. Ətli yeməkləri nizamlı və balanslı şəkildə istehlak etmək vacibdir. Həmçinin tərəvəzlərlə birlikdə yeyilməlidir. Qırmızı ət həm də əzələ kütləsinin artırılmasına kömək edir.

Zülal sintezini təmin edərək bədənə enerji verir. İmmuniteti dəstəkləyən əhəmiyyətli amin turşuları ehtiva edir. Eyni zamanda orqanizmdəki vitamin və mineralların balansını qoruyur. Qırmızı əti qaynadaraq və ya qızardaraq istehlak etmək daha sağlamdır. Həmçinin çox miqdarda duzdan istifadə edilməməlidir.